İQTİSADİYYAT
“Brent” neftinin qiyməti 75 dollar/barreli keçib
Bakı, 25 aprel, AZƏRTAC
“Brent” markalı xam neftin bir barrelinin qiyməti 75 dolları ötüb.
AZƏRTAC xəbər verir ki, “Brent”in bir barreli hazırda Londonun ICE birjasında 75,27 dollara satılır.
“Light” markalı xam neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 66,12 dollara alıcı axtarır.
Neftin qiyməti ABŞ-ın İrandan neft alan ölkələrə tətbiq etdiyi və mayın 2-də başa çatacaq güzəştin müddətini artırmaması, Birləşmiş Ştatların neft ehtiyatlarının 2017-ci ildən indiyədək maksimum səviyyəyə çatması və qlobal neft bazarındakı qeyri-müəyyənliklər fonunda bahalaşır.
Qeyd edək ki, “qara qızıl”ın qiymətində 2017-ci ilin noyabrından indiyədək ən böyük həftəlik artım qeydə alınıb. Ötən rübdə isə neftin qiyməti son 10 ilin ən yaxşı rüblük performansını göstərib. Ümumilikdə bu il “qara qızıl”ın qiyməti təxminən 40 faizdən çox artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]