İQTİSADİYYAT


“Brent”in qiyməti 4,5 faizdən çox bahalaşıb

Bakı, 7 dekabr, AZƏRTAC

Neftin qiyməti kəskin bahalaşıb.

AZƏRTAC xəbər verir ki, OPEC-in neft hasilatını gündəlik 800 min barrel azaldacağı ilə bağlı yayılan xəbərlər fonunda dünya birjalarında neftin qiyməti 4 faizdən çox bahalaşıb.

Günün əvvəlində Londonun ICE birjasında bir barreli 59,57 dollara satılan “Brent” markalı neftin qiyməti 63,20 dollar/barrelədək artıb. “Light” markalı neftin bir barrelinin qiyməti isə Nyu-Yorkun NYMEX birjasında 53,74 dollara satılır.

Kartelə yaxın mənbələrin məlumatına görə, OPEC üzrə sutkalıq neft istehsalının 800 min barrel azaldılması barədə razılığa gəlinib. Qeyri-OPEC ölkələrinin isə neft hasilatını gündəlik 400 min barrel azaldacağı bildirilir. Bununla da OPEC və OPEC+ üzrə neft istehsalının sutkada 1,2 milyon barrel azaldılması gözlənilir. Lakin kartel yekun qərarını açıqlamayıb və bununla bağlı birgə bəyannamə də hələ ki imzalanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.