İQTİSADİYYAT


“Brent”in qiyməti son 2 il 3 ayın maksimumuna çatıb

Bakı, 26 sentyabr, Nihad Budaqov, AZƏRTAC

“Brent” markalı xam neftin bir barrelinin qiyməti son 2 il 3 ayın maksimumuna çatıb.

AZƏRTAC xəbər verir ki, “Brent” neftinin qiyməti ötən gün 4 faiz artıb. “Brent”in qiyməti 59,25 dollar/barrelədək bahalaşaraq 2015-ci il iyulun 13-dən indiyədək ən yüksək səviyyəyə qalxıb.

Hazırda “Brent” nefti Londonun ICE birjasında 59,22 dollar/barrelə, “Layt” nefti isə Nyu-Yorkun NYMEX birjasında 52,29 dollar/barrelə alıcı axtarır.

Ekspertlərin fikrincə, qiymət artımına səbəb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraq Kürdüstan Regional Rəhbərliyində (İKRR) baş tutan referendumla əlaqədar bu bölgənin neftinin Türkiyədən ixracının dayandırılacağını bəyan etməsi, eləcə də ABŞ-da şist neft quyularının sayının azalmağa başlaması və Beynəlxalq Enerji Agentliyinin (IEA) dünyada neft ehtiyatlarının azaldığı ilə bağlı bəyanat yaymasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.