İQTİSADİYYAT


“Brent”in qiyməti son 7 ayın maksimumuna çatıb

Bakı, 23 sentyabr, Nihad Budaqov, AZƏRTAC

“Brent” markalı xam neftin bir barrelinin qiyməti son 7 ayın maksimumuna çatıb.

AZƏRTAC xəbər verir ki, “Brent” markalı neftin qiyməti 56,91 dollar/barrelədək bahalaşaraq martın 1-dən indiyədək ən yüksək səviyyəyə qalxıb.

“Brent” neftinin qiyməti bazar ertəsindən bu vaxtadək isə 2,4 faiz artıb.

Hazırda “Brent” nefti Londonun ICE birjasında 56,86 dollar/barreldən, “Layt” nefti isə Nyu-Yorkun NYMEX birjasında 50,66 dollar/barreldən alıcı axtarır.

Ekspertlərin fikrincə, qiymət artımına səbəb Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrin nümayəndələrindən ibarət Birgə Monitorinq Komitəsinin sentyabrın 22-də Avstriyanın paytaxtı Vyanada keçirdiyi iclasın müsbət keçməsi və ABŞ-da neft quyularının sayının azalmasıdır. Qlobal neft tədarükünün avqustda azalması, həmçinin OPEC+ sazişinə əməl etmə səviyyəsinin artması da “qara qızıl”ın qiymətinin bahalaşmasındakı əsas faktorlardandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.