İQTİSADİYYAT


Brest Elektrotexnika Zavodu Azərbaycanda nümayəndəliyini yarada bilər

Bakı, 11 iyun, AZƏRTAC

“Brest Elektrotexnika Zavodu” ASC Azərbaycanda nümayəndəliyini yarada bilər.

Brest Elektrotexnika Zavodu dəmir yolu və metropoliten üçün avtomatlaşdırma, telemexanika və kommunikasiya avadanlıqlarının istehsalı sahəsində ixtisaslaşıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisinin iştirakçısı Belarusun Brest Elektrotexniki Zavodunun marketinq şöbəsinin müdiri Pavel Şkurday bildirib.

Onun sözlərinə görə, zavodda bütün avadanlıqlar Avropa standartlarına uyğun hazırlanır. Postsovet məkanında da zavodun məhsullarına həmişə tələbat olub. Məhsulların keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verilir.

Şöbə müdiri qeyd edib ki, təmsil etdiyi müəssisə Azərbaycan Dəmir Yolları və Bakı Metropoliteni ilə avtomatlaşdırma sahəsində əməkdaşlıq edir. Sərgidə iştirak etmələrinin əsas məqsədlərindən biri də bu əlaqələri genişləndirməkdir. Hətta gələcəkdə tələbat olacağı təqdirdə Bakıda zavodun nümayəndəliyini də açmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.