DÜNYA
Brexit Fransanın nəqliyyat sistemində iflic yaradıb
Paris, 10 mart, AZƏRTAC
Böyük Britaniyanın Brexit məsələləri Fransanın nəqliyyat sistemində problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, gömrük xidmətlərinin sosial vəziyyətinin möhkəmləndirilməsi ilə bağlı etiraz tətili Fransanın Böyük Britaniya istiqamətində bütün nəqliyyat növlərində problem yaradıb. Gömrükçülərin UNSA-CGT-CFDT həmkarlar ittifaqları gecə saatları, təhlükəli anlar üçün əlavə ödəniş və əlavə səhiyyə xərclərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi tələbləri ilə tətil edirlər.
Parisin Şimal vağzalında sürət qatarlarının 2 saat gecikdiyi, qatarları gözləyən sərnişin növbəsinin uzandığı bildirilir. Şəhərin cənubundakı Orli aeroportunda da uçuşların pozulduğu qeyd olunur. Brexit məsələsi ilə bağlı gömrükçülər əlavə vəsait tələb edirlər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris