DÜNYA


Brexit danışıqları iştirakçılardan birinin koronavirus testi müsbət çıxdığına görə dayandırılıb

London, 21 noyabr, AZƏRTAC

Brexit danışıqları Avropa İttifaqından olan iştirakçılardan birinin koronavirus testi müsbət çıxdığına görə dayandırılıb.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının Brexit üzrə baş müzakirəçisi Mişel Barniyer öz “Twitter” hesabında heyətlərin təlimatlara tam uyğun olaraq işlərini davam etdirəcəklərini bildirib.

Brexit danışıqları üzrə baş müzakirəçilər birbaşa danışıqları dayandıraraq onlayn görüşlərə başlayıblar.

Bu ilin sonunadək hər iki tərəf balanslaşdırılmış ticarət razılaşmasını imzalamaq niyyətindədir.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.