DÜNYA


Brexit razılaşması parlamentdə dördüncü dəfə səsverməyə çıxarılacaq

London, 15 may, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Tereza Mey Avropa İttifaqı ilə əldə etdiyi Brexit razılaşmasını dördüncü dəfə parlamentdə səsverməyə qoyacaq.

AZƏRTAC xəbər verir ki, Baş nazir və müxalifət lideri Ceremi Korbin arasında keçirilən görüşdən sonra səsvermə olacağı açıqlanıb. Səsvermənin deputatların yay istirahətinə çıxmasından əvvəl keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Brexit müqaviləsi 3 dəfə səsverməyə çıxarılsa da, parlament tərəfindən qəbul edilməyib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.