DÜNYA
Brexit turizm sektorunda çalışan 700 min nəfəri işsiz qoya bilər
Bakı, 5 fevral, AZƏRTAC
Turizm və səyahətlər üzrə beynəlxalq şuranın (World Travel & Tourism Council, WTTC) hesablamasına görə, Brexit turizm sahəsində çalışan 700 min insanın işsiz qalması ilə nəticələnə bilər.
AZƏRTAC Associated Press informasiya agentliyinə istinadla xəbər verir ki, təşkilatın məlumatına əsasən, əgər Brexit gələcək münasibətlər barədə sazişsiz baş versə, Böyük Britaniyada turizm sahəsində 308 min, Avropa İttifaqı ölkələrində isə 399 min iş yeri təhlükə altında qalacaq.
Bütün dünya üzrə turizm və səyahət sektorunu təmsil edən beynəlxalq şuranın proqnozu Beynəlxalq Valyuta Fondunun məlumatlarına əsaslanır.
WTTC-nin baş icraçı direktoru və prezidenti Qloriya Gevaranın sözlərinə görə, “sərt Brexit” Böyük Britaniyanın əsas gəlir sahələrindən biri olan turizmə nəzərəçarpacaq dərəcədə təsir edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]
Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir
- 23.04.2024 [15:09]
İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib
- 23.04.2024 [15:04]