DÜNYA


Brexitdən sonra Böyük Britaniyaya işləmək üçün gələnlərin viza sistemində dəyişiklik olunub

London, 2 dekabr, AZƏRTAC

Brexitdən sonra Böyük Britaniyaya işləmək üçün gələnlərin viza sistemində dəyişiklik olunub.

AZƏRTAC xəbər verir ki, yanvarın 1-dən etibarən Avropa İttifaqını (Aİ) tamamilə tərk etməli olan Böyük Britaniyaya işləməyə gələnlər üçün bal əsaslı viza sistemi tətbiq olunacaq. Yeni sistem üçün onlayn müraciətlər bu gündən etibarən açılıb.

İşə müraciət edəcək olanların İngilis dilini yaxşı bilməsi və ildə minimum 25 min 600 paund (ingilis pul vahidi) qazanması tələb olunur. Bundan sonra Aİ vətəndaşları da bu şəkildə viza üçün müraciət etməli olacaqlar. Dekabrın 31-dən etibarən Krallıq vətəndaşlarının Aİ ölkələrində sərbəst hərəkəti də sona çatacaq.

Qeyd edək ki, ölkədə qəbul edilən yeni qayda Avstraliyada tətbiq olunur.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.