SİYASƏT


Bricet Brink: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək

Bakı, 7 fevral, AZƏRTAC

ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qəti şəkildə dəstəkləyir və bu məqsədə nail olmaq üçün səylərini davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bu fikri ABŞ Dövlət katibi müavininin müşaviri xanım Bricet Brink fevralın 7-də Bakıda keçirdiyi mətbuat konfransında söyləyib.

Dövlət Departamentinin rəsmisi bildirib ki, münaqişənin 20 ildən artıq uzanması həqiqətən də uzun müddətdir. “ATƏT-in Minsk qrupunun həmsədrləri indi Bakıdadırlar. Biz Minsk qrupunun həmsədr ölkəsi olaraq bu münaqişənin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyirik”, - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.