MƏDƏNİYYƏT


“Bridges” festivalı çərçivəsində azərbaycanlı rejissorun filmi nümayiş olunub

Brüssel, 22 yanvar, AZƏRTAC

Brüssel İncəsənət Sarayında (BOZAR) Şərq Tərəfdaşlığı ölkələri ilə mədəni əməkdaşlıq proqramı çərçivəsində artıq ikinci ildir təşkil edilən “Bridges” film festivalı çərçivəsində rejissor Hilal Baydarovun “Ad günü” filmi nümayiş olunub.

Film yerli tamaşaçı auditoriyası ilə yanaşı, Belçikada yaşayan azərbaycanlılar tərəfindən də maraqla izlənilib.

Filmin nümayişindən sonra rejissor H.Baydarov tamaşaçıların çoxsaylı suallarını cavablandırıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.