CƏMİYYƏT


Brifinqdə əczaçılıq sahəsindəki yeniliklər barədə ətraflı məlumat verilib

Bakı, 2 fevral, AZƏRTAC

Fevralın 2-də Analitik Ekspertiza Mərkəzində Səhiyyə Nazirliyinin Kollegiyasının 11 yanvar 2018- ci il 1 nömrəli qərarına əsasən “Dərman vasitələrinin topdansatışına dair tələblər”, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarında dərman vasitələrinin buraxılması Qaydaları”nın təsdiqinə dair brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin farmakonəzarət sektorunun müdiri Elmin Quliyev toplantının əsas məqsədinin əczaçılıq sahəsində olan yenilikləri müzakirə etmək və bu barədə ictimaiyyəti maarifləndirmək olduğunu qeyd edib.

Bildirilib ki, topdansatış müəssisələrində işləyən əczaçılar beş ildə bir dəfədən az olmayaraq ixtisasartırma və kadrların hazırlığı müəssisələrində müəyyən proqram üzrə təhsil almalıdırlar. Bundan əlavə topdansatış müəssisəsində keyfiyyətin idarə edilməsinə ayrılan məsul şəxsin əczaçılıq ixtisası üzrə təhsili, həmçinin etibarlı distribüter təcrübəsinə dair lazımi bilik və təcrübəsi olmalıdır.

Mərkəzin əczaçılıq subyektləri ilə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov və keyfiyyətə nəzarət sektorunun mütəxəssisi Rauf Əfəndiyev öz çıxışlarında Azərbaycanda bir neçə ölkənin dərman istehsalçıları ilə birgə farmakoloji müəssisələrin yaradıldığını və artıq ölkəmizdə yerli dərman istehsalına başlanıldığını bildiriblər. Qeyd olunub ki, bunlar müxtəlif qruplara aid olan dərmanlardır.

Tədbir mövzu ətrafında müzakirələr davam etdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.