DÜNYA
Britaniya Ali Məhkəməsi: hökumət parlamentsiz Brexit keçirə bilməz
Bakı, 24 yanvar, AZƏRTAC
Böyük Britaniya Ali Məhkəməsi hökumətin parlamentin təsdiqi olmadan Avropa İttifaqını tərk etmək barədə prosedur başlamaq hüququnun olmadığı barədə qərar çıxarıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bundan sonra Tereza Meyin başçılıq etdiyi Nazirlər Kabineti Lissabon müqaviləsinin 50 nömrəli maddəsini icra etmək üçün ölkənin qanunverici orqanının icazəsini almalıdır.
Ali məhkəmənin 11 hakimindən 8-i ölkənin Aİ-nin tərkibindən çıxması barədə Brüssellə formal danışıqlara yalnız parlament tərəfindən start verilə biləcəyi ilə razılaşıb.
Britaniyanın “The Independent” qəzeti qeyd edir ki, məhkəmənin bu qərarından sonra Tereza Mey Brexit barədə planını parlamentin səsverməsinə çıxarmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [18:43]
Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq
- 29.03.2024 [17:49]
Rusiya XİN: Ermənistan quru yerdə qala bilər
- 29.03.2024 [17:37]
Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]