DÜNYA


Britaniya Ali Məhkəməsində Boris Consonun parlamentlə bağlı qərarına dair dinləmələr keçirilir

London, 17 sentyabr, AZƏRTAC

Böyük Britaniya Ali Məhkəməsində Baş Nazir Boris Consonun parlamentin fəaliyyətini beş həftəlik müddətə dayandırması ilə bağlı qərarına dair dinləmələr keçirilir.

Yekun qərarın cümə günü və ya gələn həftənin əvvəlində elan ediləcəyi gözlənilir. Dinləmələr internetdə canlı yayımlanır.

Qeyd edək ki, Consonun qərarı əvvəllər Şotlandiyanın paytaxtı Edinburqda və Londondakı Ali Məhkəmədə müzakirə edilmişdi. Hər iki məhkəmə bunun siyasi bir qərar olduğunu və məhkəmənin səlahiyyətlərinə aid olmadığını bildirmişdi.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.