İQTİSADİYYAT


Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ölkəmizə gələcək

Bakı, 16 fevral, AZƏRTAC

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ölkəmizə səfər edəcək.

AZƏRTAC xəbər verir ki, E.Nikolson fevralın 20-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak edəcək. İclasa ABŞ, Avropa Komissiyası, layihə üzvü 7 ölkə, eləcə də Balkan ölkələrinin yüksək səviyyəli hökumət nümayəndələri, iştirakçı şirkətlər və beynəlxalq maliyyə qurumlarının rəhbər şəxslərinin qatılacağı planlaşdırılır.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı isə keçən il fevralın 15-də keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.