DÜNYA


Britaniya İsveçlə qarşılıqlı təhlükəsizlik zəmanətləri barədə saziş imzalayıb

Bakı, 11 may, AZƏRTAC

Böyük Britaniya və İsveçlə qarşılıqlı təhlükəsizlik zəmanətləri barədə saziş imzalayıblar, analoji bəyannamə Finlandiya ilə də imzalanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün İsveç və Finlandiyaya səfərə yollanıb. “Bu gün səhər Baş nazir isveçli həmkarı Maqdalena Andersson ilə qarşılıqlı təhlükəsizlik zəmanətləri barədə saziş imzalayıb. Günün ikinci yarısında o, Prezident Sauli Niinistö ilə təhlükəsizlik üzrə analoji bəyannamə imzalamaq üçün Finlandiyaya gedəcək”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bəyannamə müdafiə sahəsində və təhlükəsizlık məsələləri üzrə tərəfdaşlıqda köklü dəyişiklikləri, həmçinin kəşfiyyat məlumatlarının mübadiləsini, birgə hərbi təlimləri nəzərdə tutur.

Baş nazir Boris Conson böhran və ya hücum baş verdiyi təqdirdə Böyük Britaniyanın hər iki ölkənin silahlı qüvvələrini dəstəkləyəcəyini bəyan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.