Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Britaniya Parlamentinin Lordlar Palatasında Azərbaycanla Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin 30 illiyi qeyd edilib

London, 11 mart, AZƏRTAC

Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin təsis edilməsinin 30 illiyi ilə əlaqədar Britaniya Parlamentinin Lordlar Palatasında tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Londondakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Parlamentin İcmalar və Lordlar palatalarının üzvləri, Xarici İşlər və Beynəlxalq Ticarət nazirliklərinin əməkdaşları, Londonda akkreditə olunmuş diplomatik korpusun üzvləri, bir sıra şirkət və tədqiqat mərkəzlərinin nümayəndələri, azərbaycanlı icmasının üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Lordlar Palatasının üzvü, Leyborist Partiyasında Azərbaycanın dostları qrupunun təsisçisi Lord Evans xüsusi olaraq ölkələrimiz arasında əlaqələrə həsr etdiyi şeiri səsləndirib, möhkəm və sağlam tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini qeyd edib.

Tədbirdə Birləşmiş Krallıq hökuməti adından bu ölkənin Avropa və Şimali Amerika regionları üzrə dövlət naziri, xarici işlər nazirinin müavini Ceyms Kleverlinin videomüraciəti nümayiş olunub. Dövlət naziri Birləşmiş Krallığın Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini qeyd edərək, ölkələrimiz arasında iqtisadi, enerji, beynəlxalq təhlükəsizlik sahələrində uğurlu tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib. O, Azərbaycan hərbçilərinin britaniyalı hərbçilərlə birlikdə Kabil Beynəlxalq Hava Limanında təxliyə prosesindəki peşəkarlığını və qəhrəmanlığını xüsusi minnətdarlıq hissi ilə vurğulayıb, həmçinin Birləşmiş Krallığın işğaldan azad edilən Azərbaycan ərazilərinin bərpasına bundan sonra da dəstəyini davam etdirəcəyini deyib. Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizə və “yaşıl enerji”yə keçid sahəsindəki töhfəsini vurğulayan dövlət naziri yaxın tərəfdaş ölkə kimi Azərbaycanla qlobal gündəlikdə dayanan məsələlərin həlli istiqamətində əməkdaşlığı daha da genişləndirmək əzmini ifadə edib. Ölkələrimiz arasında mədəni münasibətlərdən bəhs edərkən Qarabağ atlarının ənənəvi olaraq Vindzor Atçılıq Şousunda iştirakını xüsusi vurğulayıb.

Dövlət naziri Kleverli dünyada cərəyan edən proseslərə toxunaraq bu fonda Azərbaycan xalqının da Qara Yanvarın nümunəsində belə faciələr yaşadığını xatırladıb. O, təmsil etdiyi hökumət adından Azərbaycan xalqı və hökuməti tərəfindən Ukraynaya göstərilən humanitar yardıma görə təşəkkür edib və bunu yüksək qiymətləndirib.

Daha sonra çıxış edən səfir Elin Süleymanov ötən 30 il ərzində Azərbaycan ilə Birləşmiş Krallıq arasında enerji sahəsində əməkdaşlıq başda olmaqla, hərtərəfli və dinamik tərəfdaşlıq münasibətlərinin qurulduğu, hər iki ölkənin regionun enerji mənzərəsini tamamilə dəyişdiyini qeyd edib. O, bu günlərdə diplomatik münasibətlərin 30 illiyi münasibətilə Prezident İlham Əliyev və Baş nazir Boris Conson arasında məktub mübadiləsinin əhəmiyyətini və bu məktublarda verilən mesajları xüsusi vurğulayıb. Səfir Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə göstərdiyi ardıcıl dəstəyə görə Birləşmiş Krallığa minnətdarlığını ifadə edib.

Mövcud dinamik münasibətlərin daha da dərinləşdirilməsi üçün geniş potensialın olduğu və hər iki ölkənin enerji keçidi, iqlim dəyişikliyi ilə mübarizə, ərazilərin minalardan təmizlənməsi və bərpası istiqamətləri üzrə birgə əməkdaşlığı davam etdirmək əzmində olduğu diqqətə çatdırılıb. Səfir, həmçinin Britaniyadakı azərbaycanlı icmasının fəallığını və cəmiyyətlər arasındakı münasibətlərin möhkəmlənməsindəki rolunu yüksək qiymətləndirib.

Parlamentin Azərbaycan qrupunun sədri Bob Blekmen Azərbaycan-Birləşmiş Krallıq münasibətlərini xüsusilə parlament istiqamətində inkişaf etdirməkdə davam edəcəyini bildirərək, Azərbaycanı dini tolerantlıq ənənələri, qadınların hüquqları və cəmiyyətdə rolu baxımından nümunəvi ölkə kimi xarakterizə edib.

BP şirkətinin nümayəndəsi Luiz Kingem adıçəkilən şirkətin Azərbaycanla tərəfdaşlıq münasibətlərini şirkətin ən uğurlu əməkdaşlıq münasibətlərindən biri kimi xarakterizə edərək, Azərbaycanla əməkdaşlıq şəraitində region üçün vacib enerji layihələrinin icra edildiyini bildirib. O, eyni zamanda, bu il BP şirkətinin də Azərbaycanla əməkdaşlığının 30 illiyinin qeyd edildiyini vurğulayıb. BP-nin xaricdəki ən iri layihələrindən birinin məhz Azərbaycanda həyata keçirildiyini və təmsil etdiyi şirkətin ölkəmizlə tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Bu əməkdaşlığın bundan sonra davam etdiriləcəyi, xüsusilə təmiz enerjiyə keçid, bərpaolunan enerji resurslarının inkişafı kimi sahələrdə BP-nin ölkəmizlə faydalı əməkdaşlıqda maraqlı olduğu vurğulayıb.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya Köçəri Oyunları: Astanada etnoaul qapılarını açdı

DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir

Çinin valyuta ehtiyatları 2015-ci ildən bəri ən yüksək səviyyəyə çatıb

Alimlər sudakı kimyəvi maddələri tez və ucuz şəkildə məhv edən üsul hazırlayıblar

Dünyada sink-ion batareyaları istehsal edən ilk meqa fabrik açılıb

“Titanik” filminin məşhur mahnısının müəllifi vəfat edib

ABŞ Əfqanıstandan qoşunların çıxarılması ilə bağlı təhqiqatı genişləndirmək niyyətindədir

Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub

Bosniya və Herseqovinanın “Drina” Milli Parkında meşə yanğını baş verib

Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub

Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Raman Saleyi təbrik edib

“Muxtariyyət kuboku”nun final oyunu keçirilib

Vyetnamda son on ilin ən güclü qasırğası baş verib, ölən və yaralananlar var

UNFCCC-nin texniki missiyası COP29-a hazırlıq prosesini qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Azərbaycan idmançıları Paralimpiya Oyunlarını 11 medalla başa vurublar

® Epileptik tutmalara cərrahi müdaxilə ilə son qoymaq mümkündür!VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Türkiyənin “TPAO” dövlət şirkəti ilk dəfə olaraq “YEK-G” ekoloji sertifikatı alıb

Makronun güc tətbiqinə qarşı Fransanın 150 şəhər və qəsəbəsində etiraz nümayişi başlayıb VİDEO

“Azərbaycan” pavilyonunda Moskva Günü qeyd olunub

Şamaxıda Üçüncü Üzüm və Şərab Festivalının açılışı olub

Babək və Şahbuz şəhərlərində yanğın olub

“Paris-2024”: İlham Zəkiyev bürünc medal qazanıb

Mavi Səma üçün Təmiz Hava Günündə Abşeron Milli Parkında maarifləndirici və əyləncəli tədbir keçirilib

FAO Əfqanıstanda on milyondan çox insana yardım edəcək

Avropa çempionatı: Azərbaycanın daha iki cüdoçusu medal əldə edib

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir VİDEO

Pakistanda poliomielit xəstəliyinə 17 yoluxma halı qeydə alınıb

Aktau limanında Azərbaycan-Qazaxıstan nəqliyyat əməkdaşlığının perspektivləri müzakirə olunub

Astanada Türk Dövlətləri Təşkilatı ölkələrinin ədliyyə nazirlərinin birinci iclası keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan diasporunun nümayəndələri Tatarıstan Respublikası Günü münasibətilə təltif olunub

“Handicraft Baku” platformasının həmtəsisçisi: COP29 bizim üçün əla özünüifadə imkanıdır

Şirvanda qəza olub, iki nəfər yaralanıb VİDEO

Gələn il İtaliyada Ukraynanın bərpasına dair növbəti konfrans keçiriləcək

Azərbaycan V Dünya Köçəri Oyunlarında 54 idmançı ilə təmsil olunacaq

Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib

Türkiyənin nağıl dünyası və tarixi incisi - Kapadokiya

Finlandiyanın sabiq müdafiə naziri “Hufvudstadsbladet” qəzetinə Qarabağa səfəri haqqında məqalə yazıb

BDU məzunu: Küveytdə təhsilimi başa vurduqdan sonra ölkəmizdə tərcüməçi kimi fəaliyyət göstərməyi planlaşdırıram

Azərbaycan cüdoçusu Avropa çempionatında finala yüksəlib

Türkiyəli ekspert: Terrorçuların Ermənistana maneəsiz gəlməsi regional proseslər kontekstində bir çağırışdır

ABŞ ordusu hipersəs raketinin növbəti sınağını keçirəcək

Keniyada internatda yanğından sonra 3 günlük milli matəm elan edilib

Britaniyalı akademik: COP29 Azərbaycan üçün mühüm bir addımdır VİDEO

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi QAYDASI

Memar Frans Yants: Xalça Azərbaycan xalqının və bu torpağın mədəni kodudur

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası”nın təsdiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səbaildə saxlanılan şəxslərdən 2 kiloqram heroin aşkarlanıb VİDEO

Abşeron rayonunda “Bilik Günü” şəhid övladları ilə birgə qeyd edilib

Şuşada daha 27 ailəyə evlərin açarları təqdim olunub YENİLƏNİB

Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Orxan Aslanovu təbrik edib

Əlcəzairdə növbədənkənar prezident seçkiləri keçirilir

Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur ŞƏRH

Turan Manafzadə: Türk qadınları olaraq musiqi bağlarımızın daha da möhkəmlənməsinə töhfə vermək qürurvericidir

Azərbaycan Basketbol Liqasında Qubanı təmsil edən komanda olacaq

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı başlayıb

Antiterror əməliyyatı və ermənilərin bundan çıxardığı nəticələr - ŞƏRH

Fransanın 150 şəhər və qəsəbəsində Makrona qarşı etiraz nümayişi təşkil olunur

COP29 Azərbaycan Sədrliyinin ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri üçün ikinci brifinqi keçirilib

Naxçıvanda veloyürüş təşkil olunub

Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Azərbaycanın daha bir idmançısı Paralimpiya çempionu olub

Milli Kitabxanada Əməkdar incəsənət xadimi İlham Rəhimlinin 75 illik yubileyi ilə əlaqədar kitab sərgisi açılıb

“Paris-2024”: Azərbaycan paracüdoçuları bürünc medal uğrunda yarışacaqlar

Fransa Ukraynaya dəstək üçün Rusiyanın 1,4 milyard avro vəsaitini müsadirə edir

“Paris-2024”: Azərbaycan paraüzgüçüsü finala vəsiqə qazanıb

“Yagi” qasırğası Çində 1,2 milyondan çox insana ziyan vurub

Pakistan hökuməti elektrik avtomobillərinin təşviqi istiqamətində milli siyasət həyata keçirəcək

Su polosu üzrə Azərbaycan millisinin yeni baş məşqçisi ictimaiyyətə təqdim olunub VİDEO

“Naxçıvanpoçt” 12 saatlıq iş rejiminə keçib

Pavel Durov ittiham aktından sonra “Telegram”ı Fransadan çıxarmaqla hədələyir

Paris-2024: Lamiyə Vəliyeva gümüş medal qazanıb

Astronomlar: Sentyabrın 8-də Yerə yaxınlaşacaq Saturn daha böyük və aydın görünəcək

Zəngəzur dəhlizi Türkiyə və Çinin nəqliyyatın şaxələndirilməsi strategiyalarına tam uyğun gəlir- ŞƏRH

Rusiyada xərçəng peyvəndinin sınaqları uğurla başa çatıb

Sabahın hava proqnozu açıqlanıb

Sentyabrın 7-si Mavi Səma üçün Təmiz Hava Günüdür

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Braziliya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Luiz İnasio Lula da Silvaya

Pekin Vaşinqtonu daha sabit iqlim siyasəti yürütməyə çağırıb

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

NASA kosmosda açılmış günəş yelkəninin ilk fotoşəklini yayıb

TASS: İran Prezidenti Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək

Regionlarda məktəb açılışları olub

Türkiyənin kibertəhlükəsizlik üzrə milli strategiyası qüvvəyə minib

“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ispan dilində nəşrinin təqdimatı olub

Qırğızıstan "Taliban"ı qadağan olunmuş təşkilatlar siyahısından çıxarıb

Dünya birjalarında neft ucuzlaşıb

Xətai rayonunda qaz sızması nəticəsində partlayış olub, xəsarət alan var VİDEO

® “AccessBank” “SWIFT IAP Community-Standard Assessment” üçün tender elan edir

ŞKTC komandasının baş məşqçisi: “Ulduz Cup” turniri təcrübə toplamaq üçün yaxşı imkandır

Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən üç nəfər saxlanılıb

Azərbaycan çempionatının debütantı iki legioner basketbolçu transfer edib

ADSEA “Formula 1” yarışları ilə əlaqədar texnika və nəqliyyat vasitələrinə baxış keçirib

Polis əməkdaşları Xankəndidə, Şuşada və Xocalıda xeyli sayda silah-sursat aşkarlayıb

Sentyabrın 7-si Beynəlxalq Təmiz Hava Günüdür