DÜNYA


Britaniya Qazaxıstana neft ixracı üçün alternativ marşrutlar tapmağa kömək edəcək

Britaniya Qazaxıstana neft ixracı üçün alternativ marşrutlar tapmağa kömək edəcək

Bakı, 18 mart, AZƏRTAC

Böyük Britaniya enerjidaşıyıcılarının ixracı üçün alternativ marşrutlar axtarışında Qazaxıstana kömək etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Krallığın xarici işlər naziri Ceyms Kleverli Astanada Qazaxıstan Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

Ceyms Kleverlinin sözlərinə görə, London Astananın beynəlxalq tərəfdaşları ilə bir neçə iş variantının olmasında maraqlıdır və özünün sərmayə sahəsində təcrübəsinə əsaslanaraq Qazaxıstana dəstək göstərməyə hazırdır.

“Biz neft və qaz tədarükündə yaranan çətinlikləri müzakirə etdik. Böyük Britaniyanın Qazaxıstan məhsulları üçün alternativ ixrac yollarının axtarışı məqsədilə “Orta dəhliz” (Beynəlxalq transxəzər nəqliyyat marşrutu) layihəsinin inkişafına yardımı barədə danışdıq”, - deyə britaniyalı nazir bildirib.

O, həmçinin yaxın zamanlarda Birləşmiş Krallığın və Qazaxıstanın strateji tərəfdaşlıq sazişi imzalayacaqlarını xatırladıb.

Qeyd edək ki, Avropaya Çin və Qazaxıstan ərazisindən, Xəzər dənizi akvatoriyasından, Azərbaycan və Gürcüstandan keçən “Beynəlxalq transxəzər nəqliyyat marşrutu” ilə yük daşımaları həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.