DÜNYA


Britaniya Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsinə tərəfdardır

Bakı, 4 iyul, AZƏRTAC

Böyük Britaniya sanksiyalara məruz qalan Rusiya aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsinin tərəfdarıdır və hazırda bu məsələ üzərində işlər gedir.

AZƏRTAC xəbər verir ki, “The Guardian” qəzeti bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Elizabet Trassın sözlərini sitat gətirib. "Mən bu ideyanı dəstəkləyirəm. Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyi ilə birgə bunun üzərində işləyirik. Kanada bu barədə müvafiq qanun qəbul edib. Sadəcə, məsələnin təfərrüatları üzərində yaxşı çalışmalıyıq”, - Elizabet Trass belə deyib.

Nazir, həmçinin Böyük Britaniya Parlamentinin Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə imkan verəcək yeni qanun layihəsi qəbul etməsinə ehtiyac duyula biləcəyini, lakin bunun mütləq olmadığını bildirib.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox ölkələri buna cavab olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq edib, onun böyük məbləğdə aktivlərini dondurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.