DÜNYA


Britaniya Şahzadəsinin oğlunun meymunla olan şəklini paylaşan aparıcı işdən çıxarılıb

London, 10 may, AZƏRTAC

BBC-nin Britaniya şahzadəsi Harrinin oğlunun dünyaya gəlməsi ilə bağlı xəbəri meymun şəkli ilə paylaşan aparıcısı Deni Beykr işdən çıxarılıb.

Deni Beykr mayın 6-da dünyaya gələn körpəni Tvitter səhifəsində meymun şəkli paylaşaraq təbrik etmişdi. Lakin sosial şəbəkələrdə üzləşdiyi reaksiyalardan sonra o, şəkli silərək üzr istəyib.

BBC-nin bununla bağlı açıqlamasında deyilir: “Bu, təmsil etdiyimiz dəyərlərə uyğun olmayan ciddi bir səhvdir və artıq Denni Beykr BBC-də proqram aparmayacaq”.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.