ELM VƏ TƏHSİL


Britaniya alimləri qocalma əleyhinə preparat hazırlayıblar

Bakı, 8 avqust, AZƏRTAC

Britaniya alimləri mitoxondrilərdə əsas qocalma proseslərini dayandırmağa imkan verən preparat hazırlayıblar.

AZƏRTAC “Rambler News Service” agentliyinə istinadla xəbər verir ki, Ekster Universitetinin mütəxəssisləri yeni AP39, AP123 və RT01 birləşmələrini laboratoriya sınağından keçirərək onları qan damarlarının daxili səthini örtən endotel hüceyrələrdə yoxlayıblar. Tədqiqat nəticəsində alimlər hüceyrələrin qocalmasını azaldaraq bölünməyən “yaşlı” hüceyrələrin sayını 50 faiz aşağı sala biliblər.

Alimlərin fikrincə, göstərilən birləşmələr əsasında preparatlar təkcə uzunömürlülüyü artırmağa deyil, eyni zamanda, onun keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Bundan başqa, mitoxondriyə belə təsir ürəktutması və insult riskini azaltmağa kömək edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.