ELM VƏ TƏHSİL


“Britaniya arxivlərində gizlənən xəzinə: Gibb kolleksiyasında Azərbaycan əlyazmaları” mövzusunda elmi seminar

Bakı, 22 oktyabr, AZƏRTAC

Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Britaniya arxivlərində gizlənən xəzinə: Gibb kolleksiyasında Azərbaycan əlyazmaları” mövzusunda elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Departamentin müəllimi dosent Xatirə Yusifovanın moderatorluğu ilə təşkil olunan seminarda Türkiyənin Ankara Sosial Elmlər Universitetinin Türk Dili və Ədəbiyyatı Bölümünün dosenti Nagihan Gur əlyazmaların oxunma texnikası, Gibb kolleksiyasında azərbaycanlı, Osmanlı, İran, ərəb müəlliflərin əlyazmaları və XIX əsrin əvvəllərində Almaniyada Nizami Gəncəviyə həsr olunmuş monoqrafiyanın təqdimatı barədə məruzə edib. Məruzəçi bildirib ki, dünyaya səpələnmiş əlyazma və daşbasmalar, klassiklərin kəlamı, həyat yolu, möhtəşəm irsi fərqli yanaşmalarla araşdırılsa da, bütün bunlar ümmanda damlalar kimidir. Hələ də əlyazmaların tamlıqla, hərtərəfli tədqiq edildiyini söyləmək mümkün deyil.

Nagihan Gur Britaniya arxivlərində hələ də tədqiqatını gözləyən Azərbaycan əlyazmaları olduğunu xüsusi vurğulayıb.

Sonda məruzəçi seminar iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.