DÜNYA
Britaniya əhalisinin yarıdan çoxuna koronavirusa qarşı peyvəndin hər iki dozası vurulub
London, 4 iyun, AZƏRTAC
Böyük Britaniya əhalisinin yarıdan çoxuna koronavirusa qarşı peyvəndin hər iki dozası vurulub. Krallıqda 6 ay əvvəl başlayan kütləvi vaksinasiya kampaniyası çərçivəsində 26 milyon 422 min 303 nəfər iki doza peyvənd olunub.
Səhiyyə katibi Met Hankok ölkə əhalisinin dörddə üçünün 1-ci doza peyvənd olunduğunu açıqlayıb.
Hökumət iyulun sonuna qədər yetkinlik yaşına çatmış insanlara tək doza peyvənd veriləcəyini, iyunun 21-nə qədər isə 50 yaşdan yuxarı şəxslərin iki doza peyvənd olunacağını vəd edib.
Hazırda Britaniyada dörd peyvənddən istifadə olunur.
Həmçinin Səhiyyə Nazirliyinə bağlı Xalq Sağlamlığı Birliyi, Hindistan variantının ölkədəki dominant koronavirus növünə çevrildiyini açıqlayıb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]
Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir
- 23.04.2024 [09:06]
Malayziyada 2 helikoterin toqquşması nəticəsində 10 nəfər ölüb VİDEO
® ABB-nin ATM-lərində yenilik!
- [12:40]
Goranboyda zəlzələ olub
- [10:42]
Düzgün nəfəs almaq ömrü uzadır
- [06:44]