DÜNYA


Britaniya hökuməti mobil rabitənin bahalaşması ilə bağlı araşdırmaya başlayıb

Britaniya hökuməti mobil rabitənin bahalaşması ilə bağlı araşdırmaya başlayıb

Bakı, 2 dekabr, AZƏRTAC

Böyük Britaniyanın media tənzimləyicisi “Ofcom” mobil rabitə xidmətlərin qiymətini artıran BT və “Vodafone” də daxil olmaqla, telekommunikasiya kompaniyaları ilə bağlı araşdırmaya başlayıb.

AZƏRTAC “Financial Times” qəzetinə istinadla xəbər verir ki, media tənzimləyicisi müştərilərdən gələn çoxsaylı şikayətlər əsasında 2021-ci ilin martından 2022-ci ilin iyun ayına qədər operatorların xidmətlərindən istifadə etməyə başlayan britaniyalıların tariflərin artırılması ilə bağlı yetərincə məlumatlı olub-olmadığını yoxlayacaq.

Böyük Britaniyanın əksər telekommunikasiya kompaniyaları ilin əvvəlindən başlayaraq qiymətləri inflyasiya səviyyəsindən daha çox bahalaşdırmaq qərarına gəliblər.

“Ofcom” tənzimləyicisinin sorğusu göstərib ki, Birləşmiş Krallıqda yaşayan vətəndaşların 32 faizi mobil telefon, internet və digər mobil xidmətlər üçün ödəniş etməkdə çətinlik çəkir. Bu, ötən ilin göstəricisindən iki dəfə çoxdur. Hazırda britaniyalıların 17 faizi telekommunikasiya xidmətlərini ödəmək üçün yemək və geyim xərclərini azaltmaq məcburiyyətində qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.