DÜNYA


Britaniya hökuməti növbəti iki il ərzində hərbi büdcəsini 6 milyard dollar artıracaq

Britaniya hökuməti növbəti iki il ərzində hərbi büdcəsini 6 milyard dollar artıracaq

Bakı, 13 mart, AZƏRTAC

Böyük Britaniya hökuməti Ukraynadakı münaqişə fonunda növbəti iki il ərzində müdafiə xərclərini 6 milyard dollar artıracaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunakın dəftərxanasının yaydığı bəyanatda deyilir. Hərbi büdcənin artırılması ilə bağlı maddə Böyük Britaniyanın təhlükəsizlik, müdafiə və xarici siyasət məsələləri kompleks icmalının yenilənmiş versiyasında öz əksini tapacaq. İcmalın yenilənmiş versiyası martın 13-də dərc olunacaq. Bəyanatda qeyd olunur ki, 3,6 milyard dollar nüvə silahları qarşısının alınması qüvvələrinin inkişafı üçün istifadə olunacaq, qalan məbləğ isə Ukraynaya göndərilən silah-sursat ehtiyatlarının artırılmasına yönəldiləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.