MƏDƏNİYYƏT


Britaniya istehsalı olan “Belfast” filmi beynəlxalq müsabiqənin qalibi olub

Bakı, 20 sentyabr, AZƏRTAC

Britaniya istehsalı olan “Belfast” filmi Beynəlxalq Toronto Film Festivalında Qran-Pri mükafatına layıq görülüb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə festivalın təşkilatçıları xəbər verib.

Britaniyalı rejissor Kennet Brananın çəkdiyi ekran əsəri bir oğlanın uşaqlığından bəhs edir. Torontoda nümayiş olunan filmin premyerası geniş auditoriya noyabrın 18-də təqdim olunacaq.

Qeyd edək ki, sentyabrın 9-dan 18-dək keçirilən festivalda tamaşaçılara 135 film təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.