DÜNYA


Britaniya polisi yük maşınında 39 insanın cəsədini aşkar edib

Bakı, 23 oktyabr, AZƏRTAC

Böyük Britaniya polisi yük maşınında 39 insanın cəsədini aşkar edib. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, Birləşmiş Krallığın Baş Naziri Boris Conson özünün Twitter səhifəsində TIR-ın Bolqarıstandan gəldiyini bildirib.

Polisin məlumatında bildirilir ki, cəsədlə dolu olan nəqliyyat vasitəsi İngiltərənin Esseks əyalətindəki Waterglade sənaye parkında tapılıb. Ərazidə Şimali İrlandiya vətəndaşı olan 25 yaşında gənc şübhəli qismində saxlanılıb. TIR-ın Bolqarıstandan Şimali Uelsdə yerləşən Holihed rayonuna getdiyi müəyyən edilib. Polis rəisi Endryu Mariner hazırda bu faciənin səbəbləri araşdırılır. Onun sözlərinə görə, ilk növbədə, qurbanların şəxsiyyəti müəyyən edilməlidir, amma bu proses uzun sürə bilər.

Britaniya polisi faciənin səbəblərini və qurbanların şəxsiyyətini müəyyən etmək üçün Bolqarıstan hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edəcək. Yük maşınının həbs edilən sürücüsü həbsxanada dindirilir.

Böyük Britaniyanın Daxili İşlər naziri Piti Patel jurnalistlərə müsahibəsində insidentdən dəhşətə gəldiyini və şoka düşdüyünü deyib. O əlavə edib ki, polisin təhqiqatı hökumətin nəzarəti altında olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.