DÜNYA


Britaniya şahzadə Alemayehunun qalıqlarını Efiopiyaya verməkdən imtina edib

Britaniya şahzadə Alemayehunun qalıqlarını Efiopiyaya verməkdən imtina edib

Bakı, 23 may, AZƏRTAC

Britaniya şahzadə Alemayehunun (1861-1879) qalıqlarının qaytarılması barədə Efiopiyanın tələbini yerinə yetirməkdən imtina edib. Şahzadə Alemayehu Vindzor qəsrində Müqəddəs Georgi kilsəsinin ərazisində dəfn edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Sky News” telekanalı Bukingem sarayının rəsmi nümayəndəsinə istinadla məlumat yayıb.

Kral dəftərxanasının nümayəndəsi bildirib ki, yaxınlıqda dəfn olunmuş xeyli sayda başqalarının uyuduğu yeri pozmadan qalıqları eksqumasiya etməyin mümkün olması ehtimalı son dərəcə azdır. Vindzorun dekan və keşişləri şahzadənin xatirəsini qorumaq zərurətinə “çox həssasdırlar”, lakin vəfat edənlərin ləyaqətini qorumaq üçün məsuliyyət daşıyırlar. Təəssüf ki, bu səbəbdən xahişi yerinə yetirmək mümkün deyil.

Şahzadə Alemayehu Efiopiya imperatoru II Teodrosun və imperatriça Tiruorkun oğludur.

Britaniya müstəmləkə korpusu 1868-ci ildə II Teodrosun iqamətgahı olan Maqdala qalasını ələ keçirəndə imperator əsir düşməmək üçün intihar etdi. İngilis zabiti və tədqiqatçısı Tristram Spidi yeddi yaşlı uşağı İngiltərəyə gətirdi. Burada kraliça Viktoriya (1819-1901) ona böyük maraq göstərdi. Oğlan 18 yaşında plevritdən ölən zaman kraliça onun qeyd olunan kilsənin ətrafında dəfn edilməsi barədə əmr verdi.

2007-ci ildə Efiopiya şahzadənin qalıqlarını geri almaq barədə niyyəti olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.