REGİONLAR


Britaniya səfiri: İşğaldan azad olunan ərazilərdə gördüyümüz vəziyyət barədə ölkəmizə məlumat verəcəyik VİDEO

Cəbrayıl, 6 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Bu mənim Azərbaycanın işğaldan azad olunmuş torpaqlara ilk səfərimdir. Bura gəlib mənzərəni yerində görmək əyani təsəvvür yaradır. Təbii ki, işğaldan azad olunan ərazilərdə, Cəbrayılda gördüyümüz vəziyyət barədə ölkəmizə məlumat verəcəyik.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp Ermənistan tərəfindən yerlə-yeksan edilmiş Cəbrayıl şəhərində jurnalistlərə açıqlamasında deyib.

“Düşünürəm ki, gələcəkdə Britaniya şirkətləri burada turizm, kənd təsərrüfatı, bərpaolunan enerji sahəsinə yatırım edə bilər. Məsələn, gördüyünüz kimi, burada hava günəşlidir. Gələcəkdə bu yerlərdə günəş elektrik stansiyası qurula bilər. Lakin bütün bunlar hələ qabaqdadır və bu ərazilərin bərpası uzun bir prosesdir. Hələ ərazilər minalardan təmizlənməlidir”, - deyə səfir əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.