DÜNYA


Britaniya şirkəti Nigerdə neft tapıb

Bakı, 16 iyul, AZƏRTAC

Böyük Britaniyanın özəl neft şirkəti “Savannah Petroleum PLC” Qərbi Afrika ölkəsi olan Nigerdə qazdığı quyuda neft aşkar edib.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, əsasən Niger və Nigeriyada neft-qaz əməliyyatları həyata keçirən “Savannah Petroleum” Nigerdə qazdığı “Kunama-1” quyusunda neft aşkar edib. Quyu Cənub-Şərqi Nigerdə yerləşir və o, şirkətin bu ölkədə qazdığı “Amdigh” və “Bushy” quyularından sonra 3-cü neft kəşfidir. Şirkət 2 min 460 metr dərinlikdə yüksəkkeyfiyyətli neft ehtiyatı aşkar edib və bu il ərzində istehsal üçün sınaq işlərinə başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.