DÜNYA


Britaniyada 10 ilin ən böyük vergi artımı gözlənilir

Bakı, 9 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın Maliyyə Nazirliyi koronavirs infeksiyasının qarşısının alınması məqsədilə görülən tədbirlər ucbatından dövlət büdcəsinin itkilərinin yerinin doldurulması üçün 10 ilin ən böyük vergi artımı planını hazırlayır. Hökumət bu yolla hər il büdcəyə əlavə 25 milyard funt sterlinq (33,3 milyard dollar) vəsait cəlb etmək niyyətindədir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, hökumətin müzakirə etdiyi məsələlərdən biri aktivlərin satışları üçün baza vergi dərəcəsini 10 faizdən 20 faizə qaldırmaq, eləcə də ikinci evin və ya mənzilin satışı üçün verginin dərəcəsini 18 faizdən 20 faizə artırmaqdır.

Hazırda vergiləri 28 və 20 faizlik yüksək dərəcələrlə ödəyən zəngin vətəndaşlar üçün bu göstəricinin 40 faizə qaldırılması gözlənilir. Təkliflərə pensiya əlavələrinin həcminin azaldılması, elektron satışa vergi tətbiqi, istilik tarifinin və digər yığımların artırılması da daxildir.

Bundan əlavə, Maliyyə Nazirliyi şirkətlərdən tutulan mənfəət vergisinin dərəcəsini 19 faizdən 24 faizə qaldırmaqla 2021-ci ilin büdcəsinə 12 milyard funt sterlinq (16 milyard dollar), 2023-24-cü illərin büdcəsinə isə 17 milyard funt sterlinq (22,7 milyard dollar) əlavə vəsait cəlb etməyi planlaşdırır.

Ekspertlər bu planın pandemiya dövründə böyük itkilərə məruz qalmış biznes ictimaiyyəti tərəfindən kəskin etirazla qarşılanacağını istisna etmirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.