DÜNYA


Britaniyada İcmalar Palatasının yeni lideri təyin olunub

Bakı, 23 may, AZƏRTAC

Mühafizəkarlar partiyasının deputatı Mel Strayd Böyük Britaniya parlamentinin İcmalar Palatasının yeni lideri və faktiki olaraq Nazirlər Kabinetinin qanunverici orqanın aşağı palatasındakı nümayəndəsi təyin edilib.

AZƏRTAC xəbər verir ki, Sky News telekanalı bu barədə Böyük Britaniya Baş nazirinin dəftərxanasına istinadla məlumat yayıb.

Mel Strayd buna qədər maliyyə nazirinin müavini vəzifəsində çalışıb. İcmalar Palatasının lideri postu Brexit məsələsinə dair baş nazirlə fikir ayrılığı səbəbindən Andrea Lidsomun istefasından sonra boş qalmışdı.

Britaniya hökumətinin rəhbəri Tereza Meyin İcmalar Palatasında dəstək qazanmaq məqsədilə mayın 21-də təqdim etdiyi Brexit barədə “yeni və yaxşılaşdırılmış sazişə” 10 maddə daxil edilib. Baş nazir deputatların Brexit barədə təkrar referendumun keçirilməsinə dair fikir bildirmək hüququ qazanacaqlarını vəd edib. Lakin onlar bunun üçün əldə olunan sazişi dəstəkləməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.