DÜNYA
Britaniyada iki futbol klubu vergi fırıldağında ittiham olunur
Bakı, 13 may, AZƏRTAC
Böyük Britaniyanın vergi administrasiyası vergi fırıldağı ittihamı ilə iki futbol klubuna qarşı təhqiqata başlayıb.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, gəlir vergisinin və milli sığorta haqlarının gizlədilməsi şübhəsi ilə peşəkar futbol sənayesində fəaliyyət göstərən bir neçə nəfər həbs edilib.
Vergi idarəsinin bəyanatında qeyd olunub ki, qurumun 180 əməkdaşı bütün Britaniya və Fransa ərazisində fəaliyyətə keçib. Müstəntiqlər İngiltərənin şimal-şərq və cənub-şərqində bir sıra binalarda axtarış apararaq, şübhəli şəxsləri həbs ediblər. Bundan əlavə, işgüzar sənədləri, maliyyə yazışmalarını, kompüterləri və mobil telefonları götürüblər.
Fransa hökuməti də Britaniya istintaqçılarına yardım edir, şübhəlilər həbs olunur, ölkə ərazisində axtarışlar aparılır.