DÜNYA


Britaniyada yaşayan Avropa İttifaqı vətəndaşlarının sayı 200 min azalıb

London, 18 sentyabr, AZƏRTAC

Ötən il Britaniyada yaşayan Avropa İttifaqı (Aİ) vətəndaşlarının sayı 200 min azalıb.

AZƏRTAC xəbər verir ki, Milli Statistika İdarəsi 2020-ci ildə (1 il ərzində) Britaniyada Aİ vətəndaşlarının sayının 3,7 milyondan 3,5 milyona düşdüyünü açıqlayıb.

Əhalisi 67 milyon nəfər olan Krallıqda polşalılar 738 min nəfərlə ən çox yayılmış xarici qrupdur. Polşalıları rumınlar, irlandiyalılar, hindlilər və italyanlar izləyir.

London burada doğulmayan və ingilis olmayan insanların ən çox olduğu bölgə olaraq qalmağa davam edir.

Milli Statistika İdarəsi köçetmə qərarının mürəkkəb olduğunu və sosial-iqtisadi səbəblər kimi bir çox amillərdən təsirləndiyini bildirib.

Həmçinin Krallığın Avropa İttifaqından çıxması, eləcə də yeni növ koronavirus epidemiyası kimi amillərin burada yaşayan xaricilərin davranışlarına və qərarlarına təsir göstərdiyi qeyd olunub.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.