İDMAN


Britaniyalı Beyli Forbs Bakıda keçirilən dünya yaş qrupları yarışlarında fərqlənib

Bakı, 28 noyabr, AZƏRTAC

Britaniyalı Beyli Forbs Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarında fərqlənib.

AZƏRTAC xəbər verir ki, 13-14 yaşlı oğlan tamblinqçilərin final yarışında B.Forbs çıxışına görə, hakimlərdən 33,400 xal alıb.

ABŞ təmsilçisi Haver Harper 32,100 xalla yarışı ikinci, Rusiya idmançısı Matvey Belov isə 32 xalla üçüncü pillədə başa vurublar.

Azərbaycan təmsilçisi Aleksey Karataşov təsnifat mərhələsində 15-ci olub və finala vəsiqə qazana bilməyib.

Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Milli Gimnastika Arenasında keçirilən yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.