CƏMİYYƏT


Britaniyalı həkim koronavirusdan qoruya bilən qida məhsullarının adlarını açıqlayıb

Bakı, 27 noyabr, AZƏRTAC

Britaniyalı həkim Gida Meykerin fikrincə, mikroelementlərin müəyyən dəsti ilə birgə fəaliyyət göstərən qida məhsulları orqanizmi koronavirusa qarşı zəruri maddələrlə təmin edə bilər.

AZƏRTAC xəbər verir ki, Gida Meyker qida məhsullarının tərkibindəki koronavirusdan qoruyan zəruri maddələr barədə “Daily Express” nəşriyyatına məlumat verib.

“İmmun sistemi: A, C, D, E, B6 və B 12, folatlar, sink, dəmir, mis və selen vitamin və minerallar kompleksini tələb edir”, - deyə ekspert əsas nutrientləri açıqlayıb.

İngilis həkim C vitamini ilə zəngin olan brokoli, şirin bibər, brüssel kələmi və sitrus meyvələrindən istifadə etməyi məsləhət görüb.

Mütəxəssis yaşıl yarpaqlı tərəvəzləri, yerkökü, balqabaq və şirin kartofu orqanizmi A vitamini ilə, qoz-fındıq, ispanaq, təmizlənməmiş günəbaxan yağını isə E vitamini ilə təmin etdiyini bildirir.

D vitamininin qəbulundan danışan həkim bildirib ki, qışda günəş işığının çatışmadığı şəraitdə tərkibində həmin vitaminin olduğu qidaların orqanizmi təmin edə bilmədiyinə görə əlavələr edilməlidir. Həkim həmin məhsullardan mart ayı başlayanadək istifadə etməyi tövsiyə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.