MƏDƏNİYYƏT


Britaniyalı rəssamın “Show Me The Monet” əsəri hərracda 9.8 milyon dollara satilıb

Bakı, 22 oktyabr, AZƏRTAC

Britaniyalı rəssam Benksinin “Show Me The Monet” əsəri hərracda 9.8 milyon dollara satilıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Londonun “Sotheby's” hərrac evi məlumat yayıb.

Bu şəkil fransız impressionisti Klod Monenin yaradıcılığına işarə edir. Yapon körpüsü isə Benksinin təbiəti ideal görmək istəyini təsdiq edir ki, buna vaxtilə fransız rəssamın əsərlərində də rast gəlmək olur.

Qeyd edək ki, rəssamın şəxsi həyatı indiyədək sirr olaraq qalır. Yaxın dostlarından başqa heç kim onu nəinki görüb, hətta adını belə eşitməyib. Bir neçə şəkil və video vardır ki, Benksi orada hər zaman üzü bağlı görünür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.