İDMAN
Britaniyalı tennisçi: Xoşbəxtəm ki, “EYOF Bakı 2019”un çempionu oldum
Bakı, 27 iyul, Şahnaz Abdullayeva, AZƏRTAC
XV Avropa Gənclər Yay Olimpiya Festivalında qızıl medal qazandım. Çox xoşbəxtəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında tennis üzrə qızlar arasında fərdi yarışın britaniyalı qızıl medalçısı Matilda Mutavdzic deyib.
“Final oyunu çox gərgin keçdi. Rusiyalı tennisçiyə hər iki setdə yüksək xal fərqi ilə qalib gəldim. Birinci setdən sonra rəqibim çox aqressivləşdi. O, ikinci setdə oyuna adaptasiya ola bilmədi, diqqətsizlik etdi, səhvlərə yol verdi. Nəticədə qalib mən oldum. Sevincimi ifadə etməyə söz tapmıram”, - deyə britaniyalı tennisçi qeyd edib.