İDMAN


Britaniyalı velosipedçi “Tirreno–Adriatiko” beynəlxalq yürüşünün qalibi olub

Bakı, 15 sentyabr, AZƏRTAC

İtaliyada keçirilən “Tirreno–Adriatiko” beynəlxalq veloyürüşünə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, 8 mərhələdən ibarət yürüşdə “Mitchelton-Scott” komandasının britaniyalı üzvü Saymon Yeyts 32 saat, 7 dəqiqə, 34 saniyəlik göstərici ilə birinci olub.

“İNEOS Grenadiers”in velosipedçisi Qereynt Tomas (Böyük Britaniya) liderdən 17 saniyə geri alıb və yarışı ikinci pillədə başa vurub. “BORA-Hansgrohe” komandasının polşalı üzvü Rafal Mayka isə 32 saat, 8 dəqiqə, 1 saniyə ilə üçüncü nəticə göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.