SİYASƏT


Britaniya saytında Azərbaycan Prezidentinin Kraliça II Elizabetə Qarabağ atı hədiyyə etməsi ilə bağlı yazı yerləşdirilib

London, 18 may, AZƏRTAC

Böyük Britaniyanın “Hello” saytında Azərbaycan Prezidenti İlham Əliyevin Kraliça II Elizabetə Qarabağ atı hədiyyə etməsi ilə bağlı yazı yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Kraliçanın hər zaman xüsusi hədiyyələr aldığı, lakin bu dəfə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən xüsusi bir hədiyyə təqdim olunduğu qeyd olunub.

Yazıda, 96 yaşlı kraliçanın Vindzor qəsrində Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyətini qarşılayaraq onlara təşəkkür etməsi şəkillərlə birgə paylaşılıb.

Məqalədə azərbaycanlı heykəltəraş Faiq Hacıyevin hazırladığı iki nəfis at heykəli haqqında da məlumat verilib.

Azərbaycan nümayəndə heyətinin 2012-ci ildən bəri Kral Vindzor At Şousunda iştirak etdiyi və bu il keçirilən Kraliçanın Platin Yubileyində Odlar Yurdu adlı şou-kompozisiya ilə çıxış etdikləri məqalədə qeyd olunub.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.