DÜNYA


Britaniyanın Hitrou hava limanı cərimələnib

London, 8 oktyabr , AZƏRTAC

Böyük Britaniyanın və Avropanın ən işlək hava limanı olan Hitrou 120 min funt sterlinq məbləğində cərimə olunub. İnformasiya Komissarlığının apardığı araşdırma nəticəsində bu qərar qəbul edilib. Cəriməyə səbəb ölkədəki məlumat təhlükəsizliyinin pozulması olub. Belə ki, ötən il hava limanı işçisinin itirdiyi USB kartında az sayda olsa da fərdi məlumat olub.

Komissarlıqdan məlumatların qorunmasının yüksək səviyyədə olmadığı və araşdırmalar zamanı çatışmazlıqların ortaya çıxdığı bildirilib. Komissarlıqdakı əsas narahatlıq isə Hitroudakı 6500 işçidən yalnız 2 faizinin məlumatların qorunması haqqında xəbərdar olmasıdır.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.