DÜNYA


Britaniyanın İctimai Səhiyyə Təşkilatı orta yaşlı insanlara gündə 10 dəqiqə sürətlə yeriməyi tövsiyə edib

Bakı, 24 avqust, AZƏRTAC

Böyük Britaniyanın İctimai Səhiyyə Təşkilatı orta yaşlı insanlara sağlamlıqlarını qorumaq üçün gün ərzində 10 dəqiqə sürətlə yeriməyi tövsiyə edib.

AZƏRTAC BBC-yə istinadən xəbər verir ki, təşkilatın ekspertləri 40 yaşından sonra insanların fəaliyyətinin azaldığını və bunun da onların sağlamlığına zərər verdiyini bildiriblər. Buna görə də onlar 40-60 yaş arasında olan insanlara hər gün 10 dəqiqə sürətlə yeriməyi tövsiyə ediblər. Ekspertlər bunun tez ölüm riskini 15 faiz azaldacağı qənaətindədirlər.

Təşkilat insanlara kömək məqsədilə “Active 10” proqramını da hazırlayıb. Qurumun mütəxəssisi Cenni Harries sürətli yerişin xüsusilə də günorta vaxtı təsirli olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.