CƏMİYYƏT


Britaniyanın Sağlamlıq sahəsində Təhlükəsizlik Agentliyi: AY.4.2 ştamı COVID-19-un daha ağır keçməsinə səbəb olmur

Bakı, 23 oktyabr, AZƏRTAC

İlkin məlumatlara görə, son həftələrdə İngiltərədə aktiv şəkildə yayılmağa başlayan koronavirusun “delta” ştamının AY.4.2 yeni alt növü xəstəliyin daha ağır gedişatına səbəb olmur. AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Səhiyyə sahəsində Təhlükəsizlik Agentliyinin məlumatında deyilir.

“Hazırda bu variantın xəstəliyin daha ağır gedişatına səbəb olduğunu və ya ölkədə tətbiq edilən peyvəndlərin ona qarşı daha az təsirli olduğunu iddia etmək üçün heç bir əsas yoxdur. Biz bu ştam haqqında mütəmadi olaraq yeni məlumatlar alırıq”, - deyə məlumatda bildirilir.

Təşkilat hələ iyul ayında aşkar edilən AY.4.2 növünə “öyrənilən variant” statusu verildiyini xatırladıb. Hazırda sözügedən variant yeni yoluxmaların təxminən 10 faizini təşkil edir. Əgər qarşıdakı həftələrdə yoluxma hallarında artım davam edərsə, bu ştam “delta”, “alfa”, “qamma” və “beta” ştamlarına aid edilən “narahatlıq doğuran variant” statusu ala bilər.

“Biz bu ştamı, Böyük Britaniyada son aylarda sürətlə yayılmasına əsaslanaraq, “öyrənilən variant” kimi təsnif etdik. Onun “delta” ştamı ilə müqayisədə daha çox yayılmasına dair ilkin məlumatlar var”, - deyə agentliyin açıqlamasında bildirilir.

AY.4.2, dünyanın müxtəlif yerlərində aşkar edilmiş “delta” ştamının 45 alt növündən biridir. Bu növün insan hüceyrələrini məhv edən tikanabənzər zülalda iki xarakterik mutasiyası var: Y145H və A222V. Bundan əvvəl hər iki mutasiya ayrı-ayrılıqda koronavirus ştamlarının digər alt növlərində aşkar edilirdi, lakin onların heç biri sonradan Krallıqda “öyrənilən variant” statusu almamışdı ki, bu da virusun kifayət qədər yüksək yoluxuculuğunun olmadığını göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.