DÜNYA


Britaniyanın hakim partiyasının yeni lideri iyulun 20-dək məlum olacaq

Bakı, 24 may, AZƏRTAC

Böyük Britaniyanın hakim Mühafizəkarlar partiyasının yeni rəhbəri vəzifəsinə keçiriləcək seçkilərin nəticələri ölkə parlamentinin yay tətilinə gedəcəyi vaxtadək - iyulun 20-nə qədər məlum olacaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə partiya şurasının yaydığı bəyanatda deyilir.

“Partiyanın rəhbəri postuna namizədlərin müəyyən edilməsi prosesinin iyun ayının sonlarına qədər başa çatacağını gözləyirik. Bu, bizə deputatların namizədlərlə görüşəcəyi və onlara sual verəcəyi iclaslar keçirməyə imkan yaradacaq. Bundan sonra keçiriləcək səsvermənin nəticələri parlament yay tətilinə gedənə qədər elan olunacaq”, - deyə partiya şurası üzvlərinin birgə bəyanatında bildirilir.

Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Tereza Mey bu gün iyunun 7-də Mühafizəkarlar partiyasının lideri postundan gedəcəyini elan edib. Bu o deməkdir ki, Tereza Mey, eyni zamanda, ölkənin Baş naziri postunu da tərk etməlidir.

Hakim partiyanın yeni liderinin seçilməsi prosesi rəsmən iyunun 7-dən sonra başlayacaq. Britaniyanın sabiq xarici işlər naziri Boris Conson artıq bu posta namizədliyini irəli sürmək niyyətində olduğunu elan edib. İcmalar Palatasının sabiq lideri Andrea Lidsom da belə imkanı nəzərdən keçirir. Ölkənin xarici işlər naziri Ceremi Hant və daxili işlər naziri Sacid Cavid potensial namizədlər arasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.