DÜNYA


Britaniyanın nəqliyyat nazirinin müavini istefa verib

London, 10 noyabr, AZƏRTAC

Böyük Britaniyanın nəqliyyat nazirinin müavini Co Conson ikinci referendumun keçirilməsini tələb edərək istefa verib.

O, açıqlamasında bildirib ki, İngiltərədə yenidən referendum keçirilməsə, ölkə İkinci Dünya müharibəsindən sonra ən dərin böhranın kandarında olacaq. Conson, həmçinin baş nazir Tereza Meyi tənqid edib, “Brexit” müzakirələri zamanı onun xülyada olduğunu söyləyib.

Qeyd edək ki, Co Conson sabiq xarici işlər naziri Boris Consonun qardaşıdır.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.