DÜNYA


Britaniyanın xarici işlər naziri: Birləşmiş Krallıq kürd referendumunu dəstəkləmir

Bakı, 26 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Kürdüstan muxtar qurumunun keçirdiyi referenduma dair yazılı bəyanat verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb. Bəyanatda bildirilir ki, Birləşmiş Krallıq Kürdüstan muxtar qurumunun müstəqilliklə bağlı keçirdiyi referendumu dəstəkləmir və İraqın ərazi bütövlüyünü müdafiə edir. İraq və iraqlılar təhlükəsizliyə və firavanlığa danışıqlar yolu ilə nail ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.