DÜNYA


“British Airways” daha 10 mindən çox aviareysi ləğv edəcək

Bakı, 7 iyul, AZƏRTAC

Böyük Britaniyanın “British Airways” aviakompaniyası personal çatışmazlığı səbəbindən avqustdan oktyabrın sonunadək daha 10 min 300 reysi təxirə salmaq qərarına gəlib.

AZƏRTAC BBC teleradio korporasiyasına istinadla xəbər verir ki, aviabiletlərə tələbatın kəskin artması fonunda işçi çatışmazlığı kompaniya üçün ciddi problemlər yaradıb. Ləğv olunan aviareyslər “Heathrow”, “Gatwick” və “City” hava limanlarına təsir göstərəcək. “British Airways” aviakompaniyasının COVID sonrası bərpaya hazır olmaması aprel-oktyabr aylarında ümumilikdə 30 minə yaxın aviareysin ləğv olunması ilə nəticələnəcək.

Analitiklərin fikrincə, kompaniyanın qərarı Böyük Britaniya hökumətinin hava limanlarında reys slotlarının imtiyazlı qaytarılması üçün müəyyən etdiyi müddətin iyulun 8-də başa çatması ilə əlaqəli ola bilər. Belə ki, bu, sifariş olunan uçuşları həyata keçirə bilməyəcəyi təqdirdə aviakompaniyaya cərimələrdən yayınmağa imkan verəcək.

“Minlərlə sərnişin xaotik ləğvlərlə üzləşdiyi vaxt, “British Airways” öhdəsindən gələ bilməyəcəyi reysləri aktiv reklam edib və bilet satıb”, - deyə Böyük Britaniyanın “Which” istehlak assosiasiyasının nümayəndəsi bildirib.

Aviakompaniya koronavirus pandemiyası zamanı itkiləri azaltmaq üçün əməkdaşlarını əhəmiyyətli dərəcədə ixtisar etmək məcburiyyətində qalmışdı. 2020-ci ildə “British Airways” 10 min işçini, o cümlədən 4,7 min layner ekipajını işdən çıxarmışdı. Digər əməkdaşlar isə maaşlarının 10-35 faiz kəsilməsinə razılaşmışdı.

Qeyd edək ki, bir müddət öncə aviakompaniyanın Londonun “Heathrow” hava limanındakı yerüstü personalı tətillərə başlamaq barədə razılığa gəlib. Aviakompaniyanın aksiyada iştirak edəcək 700-dən çox əməkdaşı pandemiya məhdudiyyətləri səbəbindən ixtisar olunan maaşların 10 faiz artırılmasını tələb edir. Böyük Britaniya mediasının məlumatına görə, hazırda “British Airways” rəhbərliyi aeroportdakı aksiyanı dayandırmaq üçün “Unite” həmkarlar ittifaqı ilə danışıqlar aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.