DÜNYA


“British Airways”in pilotları tətili dayandırıblar

London, 19 sentyabr, AZƏRTAC

“British Airways” şirkətinin pilotları sentyabrın 27-nə təyin edilmiş 3-cü tətili dayandırdıqlarını açıqlayıblar.

AZƏRTAC xəbər verir ki, ötən həftə keçirilən iki günlük tətil aviaşirkəti demək olar ki, bütün uçuşlarını ləğv etməyə məcbur edib.

“Balpa” adlanan pilotlar birliyindən verilən məlumata görə, sentyabrın 9 və 10-da edilən tətillər pilotların qəzəbini və qətiyyətini yetərincə göstərib. Birlik mübahisəyə son qoymaq üçün “British Airways”in yanaşmasını dəyişəcəyini və ciddi şəkildə danışıqlar aparacağına ümid etdiyini söyləyib.

Qeyd edək ki, aviaşirkət pilotların tətili səbəbindən 1500 reysi ləğv edib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.