CƏMİYYƏT


“British Council Azerbaijan” Tibb Universitetində tələbələr üçün ingiliscə təlim keçirməyə hazırdır

Bakı, 18 fevral, AZƏRTAC 

“British Council Azerbaijan” ofisinin direktoru Summer Xianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olub.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun rektoru professor Gəray Gəraybəyli qonaqları salamlayaraq onlara universitet haqqında geniş məlumat verib.

Görüş zamanı ATU-da ingilis dilində dərs keçən müəllimlər üçün aparılan imtahanlardan danışılıb, tələbələr üçün ingiliscə təlimlərin təşkilinin zərurəti qeyd edilib. Bu təlimlərin “British Council Azerbaijan” ofisinin müəllimləri tərəfindən aparıla biləcəyi bildirilib.

Ofisin direktoru Summer Xia bu sahədə ATU-ya məmnuniyyətlə dəstək ola biləcəyini vurğulayıb.

Görüşdə, həmçinin “Sahibkarlıq”, “İnsan Resursları” mövzularında təlimlərin, tələbələrə IELTS hazırlıq dərslərinin keçirilməsi kimi məsələlər də müzakirə olunub. Ümumilikdə, ATU və “British Council Azerbaijan” ofisi arasında baş tutacaq gələcək əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib, planlar barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.